MKT İstehsalat Kommersiya (MKT Cotton)

Tərəzi operatoru (Biləsuvar)

Biləsuvar, Azərbaycan

27.03.23


Qeyd

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
  • Çəkilmiş yüklərin uçotunun aparılması.
  • Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Tərəzi operatoru (Biləsuvar)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 31.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar